Haqqımızda
“ESTETİK KOSMETOLOGİYA MÜTƏXƏSSİSLƏRİ” İCTIMAİ BİRLİYİNİN FƏALİYYƏTİ HAQQINDA
“Estetik Kosmetologiya Mütəxəssisləri” İctimai Birliyi (EKM) ölkəmizdə fəaliyyət göstərən kosmetoloji və estetik xidmətlərə rəhbərlik edən sahibkarların, o cümlədən Laser Beauty Klinikasının baş həkimi, Türkiyə “Yüz Plastik Cerrahi Dernegi” nin üzvü, 09.12.2019-cu il tarixində Türkiyənin İstanbul şəhərində keçirilən beynəlxalq səviyyəli “Türkiyə başarı ödülləri” tədbirində Uğurlu iş fəaliyyətinə görə” mükafatlandırılan Rəna Soltanovanın təşəbbüsü və dəstəyi ilə yaradılmışdır.
Bizim əsas üstünlüklərimiz:
- İdarə heyəti üzvlərinin 5 ildən artıq iş təcrübəsinin olması;
- Beynəlxalq təşkilatlarla əməkdaşlıq etmək imkanı (Türkiyə, Ukrayna, Rusiya, Qazaxıstan, Fransa, ABŞ gözəllik industriyasında çalışan mütəxəssislərlə əməkdaşlıq edilir);
- Dövlət və qeyri-hökümət təşkilatları ilə əməkdaşlıq təcrübəsi, Birlikdə könüllülərin işləmək həvəsi;
- Peşə Təhsili Mərkəzinin peşəkar səviyyədə yaradılması imkanı və şərait (professional inkişaf və yeni ixtisasa yiyələnmək, habelə sahibkarlıq fəaliyyəti ilə məşğul olmaq istəyən şəxslər üçün yerin, təcrübənin, peşəkarların olması);
- Təsisçilərin rəhbərlik etdiyi klinikanın, xüsusilə R.Soltanova haqqında cəmiyyətdə peşəkar kimi tanınması və müsbət müsbət imicin formalaşması.
”Estetik Kosmetologiya Mütəxəssiləri İctimai Birliyi’’ ümumi maraqlar əsasında birləşmiş, könüllülük, üzvərinin hüquq bərabərliyi əsasında yaradılan, öz fəaliyyətinin əsas məqsədi kimi gəlir əldə etməyi nəzərdə tutmayan və əldə edilən gəliri öz üzvlərinin arasında bölməyən qeyri-hökümət təşkilatıdır və fəaliyyəti bütün ölkə ərazisini əhatə edir.
Birliyin fəaliyyətinin əsas məqsədi :
- Kosmetologiya və bərbər xidmətlərinin keyfiyyətinin yaxşılaşdırılması və bu sahədə mövcud problemlərin həllinə nail olmaq.
- Maarifləndirmə yolu ilə estetik xidmətlər sahəsindəki problemlərin həllinə və inkişafına kömək etmək;
- Estetik xidmət sahəsində mövcud problemlərin öyrənilməsi
Birliyin üzvləri aşağıdakı vəzifələri daşıyırlar:
- Birliyin Nizamnaməsinə əməl etmək;
- Birliyin seçkili orqanlarının qərarlarını yerinə yetirmək;
- Nizamnamənin tələblərinə riayət etmək;
- Birliyin tədbirlərində istirak etmək.
Birlik:
- Xarici dövlətlərdə fəaliyyət göstərən qeyri-hökümət təşkilatları ilə əlaqə qurur və onlarla birlikdə layihələr həyata keçirir;
- Elmi araşdırmalar aparırır, müxtəlif kurslar və seminarlar, dəyirmi masa və görüşlər, sərgilər təşkil edir, konfranslar, xeyriyyə marafonları, forumlar və s. tədbirlər keçirir;
- Azərbaycan Respublikasının aidiyyatı dövlət orqanları və qeyri-hökümət təşkilatları ilə əməkdaşlıq edir.
- “Estetiik Kosmetologiya Mütəxəssisləri” ictimai birliyinin təşəbbüsü və təşkilatçılığı ilə keçən il sentyabrın 30-da “Özünü kəşf et” layihəsini uğurla başa vurduq. Onlarla işaxtaran və peşə seçmək üçün festivala gələn şəxslər faydalandılar.
- Tədbirin yüksək təşkilatçılığınız və zövqünüzlə inşa edilmiş Heydər Əliyev Mərkəzində keçirilməsi isə gələn qonaqların da ürəyincə oldu.
“Biznesini başla və inkişaf etdir” adlı Layihəsi
Layihənin məqsəd və vəzifələri
Layihənin məqsədi öz biznesini qurmaq istəyən şəxslərə lazımi bilik, təcrübə və məlumatı verməkdən ötrü treyninq kurslar təşkil etmək və onlara təşkilati məsələlərin həllində kömək göstərmək
Layihənin xüsusi vəzifələri:
- Müraciət edən şəxslərə lazımi bilik, təcrübə və məlumatı, öz işini qurmaq üzrə treyninq kursların keçirilməsi və müxtəlif materialların çap edilməsi.
- Gözəllik sahəsi və digər sahələr üzrə biznes qurmaq haqqında ətraflı məlumat yaymaq və liderlər üçün treyninq kurslar keçirmək
- Məqsədə çatmaq üçün mövcud olan problem və çətinliklərin treyninq və seminar iştirakçıları arasında sual-cavab və müsahibə yolu ilə qiymətləndirmək
- İştirakçılara layihənin hazırlanması, həyata keçirilməsi və qiymətləndiirlməsinə imkan yaratmaq
- Estetik kosmetologiya üzrə təhsil sahəsində iştirakçıların biliklərini inkişaf etdirmək
- İştirakçıları əldə olunan bilik və təcrübələri ilə bölüşdürməyə dəvət etmək və imkan vermək
Bu layihə Azərbaycanın Bakı, Masallı, Cəlilabad, Xaçmaz, Tovuz, Goranboy, Sumqayıt şəhər və rayonlarında, o cümlədən kəndlərində iştirakçılar üçün “Proqram və perspektiv planın tərtibatı”, “Nədən və necə başlamalı?”, “Liderlik və tşkilatçılığın əsasları” və s. mövzular əsasında onlayn treynnq kurslarından ibarət olmuşdur.
Hər il Ramazan və Qurban bayramlarında sosial xeyriyyə tədbirləri keçiririk.