Məqalələr

Uşaqlıq illərindən “gözəllik həkimi” olmaq istəmişəm

“Uşaqlıq illərində mənə “hansı ixtisas sahibi olmaq istəyirsən?” sualını verənlərə “gözəllik həkimi” cavabını verərdim”.

“Anam çox gözəl idi və mən bu gözəlliyin uzun zaman qalması, eyni zamanda bütün xanımların gözəlliyinə gözəllik qatmaq istəyində idim. Bu arzumla 2001-2007-ci illərdə Azərbaycan Tibb Universitetinin dermatoloq-veneroloq ixtisası üzrə təhsil aldım. 2007-2008-ci ildə Respublika Dəri-Zöhrəvi Dispanserində internaturanı bitirdim. Təhsilimi davam etdirmək, arzuladığım kosmetologiya ixtisasının sirlərinə dərindən yiyələnmək üçün dünyanın bir çox ölkələrində (Amerika, Avropa, Yaxın Şərq və s.) konqres və seminarlarda, təlimlərdə iştirak etdim. Estetik dermatologiyanın sirlərini isə məhz Almaniyada öyrəndim. Türkiyənin “Yüz Plastik Cerrahi Derneği”nin üzvüyəm. Bilik və təcrübə qazandıqdan sonra mühazirəçi kimi çıxışlar edir, master klaslar verirəm. Beynəlxalq təlimçi kimi fəaliyyət göstərməyim üçün təkliflər alıram, vaxt azlığına görə bu təkliflərdən çox az qismini qəbul edirəm”, – deyə o bildirib.

2018-ci ildən “Laser Beauty Estetik Klinikası” MMC-nin təsisçisi və mərkəzi ofisinin baş həkimi olan R. Soltanova, 16 ildir estet dermatokosmetoloq kimi fəaliyyət göstərir: “Bu illər ərzində 100-dən artıq tələbə yetişdirmişəm və böyük sevgi ilə öz sənətimin sirlərini onlara öyrədirəm. Dünyanın bir çox ölkələrindən (Türkiyə, Rusiya, Koreya, Fransa, Səudiyyə Ərəbistanı, İran, Dubay, Kanada, ABŞ və s.) pasiyentlərimiz olur, öz işimizlə həm ölkəmizdə, həm də xaricdə vətənimizə və klinikamıza nüfuz qazandırmışıq.

“Laser Beauty Clinic” şəbəkəsində tibbi, estetik kosmetologiya sahəsi ilə yanaşı ,həmçinin estetik cərrahiyyə, stomatologiya və estetik ginekologiya xidmətləri də  göstərilir. Bu xidmətlər ən müasir və keyfiyyətli preparatlardan istifadə edilməklə və keyfiyyətə müsbət təsir edə biləcək bütün amillər nəzərə alınmaqla, prosedur və təlimatlara ciddi riayət etməklə aparılır. Peşəkar komandamızla yüksək standartlarla dinamik inkişafa hədəflənərək səmimi, fərqli mühit və möcüzəvi nəticələr yaratmağa nail olmuşuq”.

Rəna Soltanova bu günə qədər aldığı mükafatlardan da danışıb: “Aldığım mükafatlardan ən sevimlisi 09.12.2019-cu il tarixində Türkiyənin İstanbul şəhərində keçirilən beynəlxalq səviyyəli “Türkiyə başarı ödülləri” tədbirində “Uğurlu iş fəaliyyətinə görə” aldığım mükafatdır (Tədbir Türkiyə televiziyasında canlı yayımlanıb). Ölkə daxilində də “İlin kosmetoloqu” nominasiyası üzrə dəfələrlə mükafatlara layiq görülmüşəm. Ən böyük mükafatım isə iki il müddətdə yazdığım və 2022-ci ildə nəşr olunan “Şans, yoxsa iradə” adlı kitabımdır. Məqsədim sahibkarlıq fəaliyyəti ilə məşğul olmaq istəyən şəxslərə öz təcrübəm, uğur qazanmağın yolları və stimullaşdırıcı tövsiyələr vermək olub”.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button