Həkim, dermatokosmetoloq Rəna Soltanovanın uğur hekayəsi
Həkim, dermatokosmetoloq Rəna Soltanovanın uğur hekayəsi
Hələ 10-cu sinifdə oxuyarkən valideynlərimə demişdim ki, mən həkim olacam və özümün klinikam olacaq. Anamın da “İnşaAllah de, hər şey Allahın razılığı ilə olur”- dediyi yadımdadır.
Hər kəs inkişafı üçün kimlərəsə borclu olur. Uğurlarıma görə ilk növbədə Yaradana, sonra da mənə dəstək olan ailəmə və özümün zəhmətsevər və iradəli olduğuma borcluyam.
Azərbaycan Tibb Universitetində tibbi kosmetologiya ixtisası olmadığına görə xarici ölkələrə səfərlər etməyə və bu ixtisasın sirlərini öyrənməyə başladım. İlk səfərim Moskva şəhərinə 2009-cu ildə olmuşdur. Hər il müxtəlif ölkələrə çoxsaylı səfərlərim olurdu bütün yenilikləri öyrənmək üçün. Öyrəndiklərimi tələbələrimə öyrədərək öz komandamı yaratdım. Dürüst olmayan işçi mənimlə eyni komandada işləyə bilməz. Bu, mənim iş prinsipimdir. Kollektivimlə qürur duyuram. Onlar mənim həyatımın bir parçasıdır.
Kilinkamız nəinki ölkə daxilində, artıq ölkə hüdudlarından kənarda da tanınır və bununla qürur duyuruq. Bunun məsuliyyətini dərk edərək daha da əzmlə çalışır, ən yaxşısı olmağı bacarırıq. Klinikamıza nəinki qonşu ölkələrdən, hətta ABŞ, Kanada, Almaniya və digər uzaq ölkələrdən də pasiyentlərimiz gəlirlər. Ən yaxşı reklam pasiyentlərin öz gözəl nəticələrini başqalarına bildirmələridir. Keçirdiyimiz sosial sorğunun nəticəsi bunu deməyə əsas verir.
İlk öncə işçinin insanlığı önəmlidir. Tələbələrimə peşəmin bütün sirlərini öyrədirəm və bu müddət ərzində insan kimi tanıyıram və prinsiplərimə uyğun olduğu halda işə götürürəm. Biz insanlara xidmət edirik. Hər kəs diqqətə, hörmətə layiqdir. Kobud, etinasız münasibət yolverilməzdir.
Sevgi vacibdir. İşini sevməsən uğur qazana bilməzsən. Həyatımda olan insanları, pasiyentlərimi sevirəm, onları gülərüz görəndə çox sevinirəm. Ən kədərli günüm sevdiklərimi kədərli gördüyüm vaxtdır. Sevməkdən və sevindirməkdən gözəl hiss yoxdur məncə. İnsanları səmimi qəlbdən sevmək və hörmətlə yanaşmaq lazımdır. Qeyri-səmimiliyi insanlar çox asanlıqla hiss edirlər və qarşılıq ala bilmirlər. İnsan kimisə xoşbəxt edə biləndə özü də xoşbəxt olur. İnsanı sevdirən xüsusiyyətlər mehribanlıq, dürüstlük və xeyirxahlıqdır. Məncə bu xüsusiyyətlər də uğurun açarlarındandır.
“Mən dollar deyiləm ki, hamı məni sevsin” fikrini kim deyibsə çox gözəl deyib. Sevənləri Allah da sevsin. Kiminsə haqqına girmirəm, əsas odur. Sevməyənlərə heç bir sözüm yoxdur.
İnsandan nankorluq görəndə təsirlənirəm. Edilən pisliyin əvəzini qaytarmağa lüzum bilmirəm. Əvəzi onsuz da qayıdır, buna vaxt ayırmaq itkidən (zaman, pul, əsəb) başqa bir şey deyil.

Həmişə kinsiz olmağımdan, tez bağışlamağımdan narazı olmuşam. İllər keçdikcə bunun yaxşı cəhət olduğunu dərk etdim və düşüncələrimi dəyişməyə başladım. Rəbbimdən çox razıyam, insanın əməyinə qiymət verən insanlardan da razıyam, lovğa və simic insanlardan narazıyam.
Səxavətli insan azdan da verməyi bacaran insandır, çoxdan verməyə nə var ki, xəsislik isə məncə, rəzillikdir, xəstəlikdir, deyəsən müalicəsi yoxdur.
İnsanın həyatında hər nə olursa onun xeyrinə olur. Əvvəl düşünürsən ki, bu, sənin niyə başına gəldi. Hər kəsi özünün istədiyin kimi görmək istəyirsən. Sonra başa düşürsən ki, hər kəs fərqlidir. Əgər fikri ilə razılaşmırsansa deməlisən ki, bu, sənin düşüncəndir və mənə heç bir aidiyyəti olmadığına görə qəbul etmirəm. Vəssəlam. Kimsə düşünürsə ki, “qatıq qaradır” onunla mübahisə etməyin nə faydası var? Zaman itkisi, əsəb tükəntisindən başqa heç nə qazanmayacaqsan. Yetər ki, bunu başa düşəsən.
Həyatdan alıdığım ilk dərs bu olmuşdur: Həyat mübarizədir, mübariz əzmində olan qalib gəlir. Heç bir çətinlik insanın qarşısında maneə ola bilməz. Yetər ki, ürəkdən istəyəsən, inanasan və ümidlə yaşayasan. Hər bir çətinlikdən həyat dərsi alırıq. İnsanın ilk addımlarını atdığı dövrdən yıxılaraq acı çəkməyi və inamla ayağa qalxmağı .Çətinlikdə də, sıxıntıda da, nəsə alınmayanda da Yaradana şükür etməliyik. Bizi özümüzdən yaxşı tanıyan Allah bizim yalnız xeyrimizə edir hər şeyi. Bizə pislik görünə bilən hər bir şeydə xeyir olduğunu nə vaxtsa anlayırıq. Elə şeylər var ki, həyat təcrübəsi qazanaraq başa düşürsən və “indiki ağlım o vaxt olsaydı, bunu başqa cür edərdim” deyirsən. Amma görünür nə olursa o bizim qismətimizdir və biz onu yaşamalıyıq. Səhvsiz insan yoxdur. Yetər ki, səhvini dərk edəsən. Hər kəs imkan olsa keçmişə qayıdıb nələrisə daha gözəl şəkildə etmək istəyər. İtki pis şeydir, üzücüdür, amma ən pisi zaman itkisidir, qayıtması mümkün deyil. Uşaqlarımıza bunu aşılaya bilsək inqilab etmiş olarıq.
Təhsil aldığım dövrdə 1-ci olmağa can atmışam, elə indi də öz işimdə mükəmməl olmağa çalışıram, amma nə vaxtım, nə də marağım olmayıb öz işimdən başqa kiminləsə maraqlanım. Mənim fikrim yalnız komandamın qazandığı yüksək imici qoruyub saxlamaq və daima məsləkimiz, əqidəmizlə zirvədə olmaqdır Allahın izni ilə… İşimdən zövq aldığım üçün yorulmuram, gözəl nəticələr mənə yeni enerji və həvəs bəxş edir.
Hər qapının öz açarı olduğu ki, uğurun da öz açarı var. Yetər ki, ən doğrunu ən lazımlı məqamda edəsən. Ən əsası da səbr və şükür etməyi bacarmalısan. Mənim fikrimcə səbr etmək hər uğurun əsas açarıdır.
Müasir kosmetologiya sahəsində uğurları, uğursuzluqları, problemləri və inkişaf perspektivləri rəhbəri olduğum EKM ictimai birliyinin çoxşaxəli fəaliyyət istiqamətlərini əks etdirir. Qarşıda görəcəyimiz çox işlər var, bu işlərdə bizə dəstək üçün könüllülərə ehtiyacımız var. Əslində onların da bizim dəstəyimizə ehtiyacları var; öyrənmək, rəhbərlikdən karyeraları üçün müsbət xasiyyətnamə almaq, lazımlıq kompleksindən azad olmaq və s. məqsədlərlə ictimai işlərə baş vurmaları məqsədəuyğundur.
Dəmirin parlaması üçün onu işlətmək lazımdırsa, istedadın da parlaması üçün çox böyük əmək sərf etmək gərəkdir. Mənim “Şans, yoxsa İradə?” kitabımı oxuyanlar bunun ən qısa yolu haqqında geniş məlumat əldə edə bilərlər.
Əziz gənclər! Tövsiyəm budur ki, hər bir halda ədalətli olun, məsələ hətta ən yaxın olan insanlarla bağlı olsa da. Allah da ədalətliləri sevir. Tez nəticə çıxarmayın. Bəzən gördüklərimiz belə yanlış düşüncəyə səbəb ola bilər. Neqativ düşüncələrlə həyatınızı qəlizləşdirməyin.
Dürüstlük ən gözəl keyfiyyətdir. Ataların bir misalını təhrif edərək “Düz düzdə qalar” kimi deyirlər. Amma oxumuşam ki, əslində atalar belə deyib: “Düz düz də qalar”. Həyat göstərir ki, “Ən gözəl biclik – düzlükdür”.
Sözlər düşüncənin məhsuludur. Düşüncəmizə diqqət etsək, sözlərimiz alçaldan yox, ucaldan olar.