0-dan PEŞƏ ÖYRƏN VƏ İNKİŞAF ETDİR
ÇAĞIRIŞ: “Ey Qadın! Özünü və ailəni təmin etmək üçün 0-dan PEŞƏ ÖYRƏN, İNKİŞAF ETDİR, təcrübə qazan, sən də peşəkar ol!»
- Layihənin ideyası və qısa məzmunu
Estetik Kosmetologiya Mütəxəssisləri İctimai Birliyinin xeyriyyə məqsədilə keçirdiyi layihələr zamanı məlum olmuşdur ki, həssas qrupa aid olan qadınların bir qismi övladlarını təmin etmək üçün yollar axtarır, maddi kömək görsələr də uşaqları ələbaxan olmağı öyrənirlər ki, bu da onların gələcəkdə əziyyət çəkib pul qazanmaq deyil, asan yolla kimlərdənsə pul almağa üstünlük verəcəklərinə gətirib çıxara bilər. Təcrübə göstərir ki, qazanc yolu ilə deyil, kənardan maddi yardım alan ailənin uşağı yaşı çatanda hər cür bəhanə ilə işləmək istəmir, “evə ərzaq və ya pul gələcək” düşüncəsi ilə gözləmə mövqeyində qalır. Sumqayıt şəhərində, Bakının ətraf kənd və qəsəbələrində Ramazan ayında “Tənha qadınlara sosial yardımların göstərilməsi” layihəsini həyata keçirərkən şahidi olduq ki, atasız uşaq saxlayan qadınların bir qisminin həyat yoldaşı sağdır. Ailəni atıb gedib və aliment ödəmir. İşləyib öz ailəsini dolandırmaq istəyən qadınlar çoxdur, lakin hər hansı peşə bacarıqları olmadığı üçün işləmirlər. Buna görə də bu qənaətə gəldik ki, gözəllik peşələrindən birinə həvəsi olan maddi durumu yaxşı olmayan xanımlara təmənnasız olaraq peşə öyrədək, Peyğəmbərimizin də tövsiyə etdiyi kimi, “ehtiyac sahibinə balıq verməyək, balıq tutmağı öyrədək”.
Sumqayıt şəhərində 2021-ci ilin sentyabr ayında Heydər Əliyev Mərkəzində “Peşə öyrən, sənə uyğun iş seç” layihəsi çox uğurla keçdi, müraciət edənlərin demək olar ki, hamısı respublkanın müxtəlif peşə məktəblərinə müraciət edərək ya peşə öyrənməyə cəlb olundular, ya da uyğun iş tapıb işlə təmin olundular. Çox uğurlu olduğuna görə bu layihə öz sahəmizə uyğun peşəni öyrətməklə hazırki layihəmizlə bir çox qadınlara kömək olmağı düşündük.
PROBLEMİN QOYULUŞU
Respublikanın azad olmuş ərazilərində işsiz xanımlara estetik sahəyə aid peşələrin təmənnasız öyrədilməsi. Belə bir layihəni biz artıq şəhid, qazi ailələrin xanımları üçün həyata keçirdik və yeni peşələrə yiyələnən xanımların çoxsaylı dualarını qazandıq.
Amma ilk növbədə daha çox ehtiyaclı şəxslərə dəstək olmağın vacib olduğunu anlayırıq.
LAYİHƏNİN TƏSVİRİ.
Peşə seçimindən asılı olaraq tədris proqramının hazırlanması və təlimlərin həm nəzəri, həm də praktik olaraq kurslar vasitəsilə təşkili. Müvafiq dövlət qurumları ilə əməkdaşlığın qurulması, reklam işlərinin təşkil, çap materiallarının hazırlanması və paylanması və s.
Respublikanın rayonlarına ezam olunaraq, rayon və aztəminatlı tənha kənd qadınlarına yerində yardımçı olmaq istəyirik.
Layihənin faydalılığı
LAYİHƏNİN ÜNVANLANDIĞI QRUP.
Elanla bağlı müraciətlərə əsasən 12 nəfərlik (əyani), LAYİHƏNİN HƏYATA KEÇİRİLMƏ MÜDDƏTİ:
Başlama tarixi 15.11. 2023
Bitmə tarixi: 15.12. 2023
LAYİHƏNİN MƏQSƏDi.
Ehtiyacı olan aztəminatlı qadınlara 0-dan peşə öyrətməklə dəstək göstərmək , bununla da EKM-nin nizamnaməsinə uyğun Estetik kosmetologiya sahəsinin inkişafına, peşəkarların yetişdirilməsinə nail olmaqla, birliyimizin məqsəd və məramın həyata keçirmiş oluruq, həm də iqtisadiyyatın inkişafına kömək etmiş oluruq.
GÖZLƏNİLƏN NƏTİCƏLƏR:
*Peşə öyrənən gənc qadınlar iş tapıb işləyə və ya özünüməşğulluq proqramlarına qoşula biləcəklər.
*Öz bizneslərini qurmaq istəyənlərə dəstək olmağa çalışacağıq
*Xanımların özgüvənləri artacaq, psixoloji sağlamlıq durumu yaxşılaşacaq, belə bir qadın öz ailəsinə, uşaqlarının tərbiyəsinə daha yaxşı nümunə ola biləcəklər.
Bu sahədə təcrübəmiz göstərir ki, təlimçilərin verdiyi nəzəri biliklər öyrəncilər tərəfindən mənimsənir, eyni zamanda peşəkarlar yanında praktik biliklər öyrənilir. QEYD: Praktik biliklərə üstünlük veriləcək. Öyrəncilərimiz kursun sonunda Model üzərində sərbəst işləyəcəklər.
İCRA PLANI.
Estetik kosmetologiyanın tibbi təhsil tələb etməyən peşələri üzrə proqramlar tərtib edilmişdir.
- Mövzunun ictimai əhəmiyyəti və aktuallığı
Əmək bazarının tələblərinə uyğun gözəllik industriyasına maraq və tələbatın artdığı bir dövrdə bu sahədə kadrların hazırlanması zərurəti yaranmışıdr. Klinikamıza və ictimai birliyimizə müraciət edən çoxdur. Açığı desək, pulu olan peşə kurslarına gedib öyrənə bilər. Lakin, çox ehtiyaclı ailələr var ki, onların maddi imkanlarının yaxşılaşması üçün onlara peşə öyrətmək lazımdır. Təcrübə göstərir ki, ehtiyaclı ailələrə həftəlik və ya aylıq ərzaq köməyi göstərdikdə həmin ailədə böyüyən uşaqlar ələbaxan olurlar. Bəzi hallarda nə oxumaq, nə də işləmək istəmirlər. Yarımçıq ailədə böyüyən uşaq görəndə ki, ana zəhmət çəkir, işləyir və ailəsini saxlayır, ondan nümunə götürür, o da zəhmətə qatlaşır. Bu baxımdan növbəti sosial layihəni aztəminatlı, əlilliyi olan, şəhid və qazi ailəsinə mənsub xanımlar üçün həyata keçirməyi qərara aldıq. İnanırıq ki, layihənin xeyirxah məqsədini həyata keçirməklə ailənin möhkəmliyinə, qadının pozitiv psixoloji durumuna, həmçinin uşaqların həm fiziki, həm də mənəvi cəhətdən sağlam böyümələrinə imkan yaranacaq.
Ali təhsili və ya peşəsi olan qadınlar öz ailəsini zəhməti ilə təmin edə bilir. Bizim niyyətimiz peşəsi olmayan ehtiyaclı xanımlara dəstək olmaqdır. Layihəmizin ictimai əhəmiyyəti və aktuallığı bundan irəli gəlir.
- Layihənin məqsədi və qarşıya qoyulan vəzifələr
Məqsəd: Müharibədə şəhid olmuş və qazi ailəsindən olan xanımlara, eyni zamanda tək uşaq böyüdən işsiz, zorakılığa məruz qalmış aztəminatlı qadınlara peşə öyrədilməsidir.
Buna nail olmaq üçün aşağıdakı vəzifələr həyata keçiriləcəkdir:
- Hədəf qrupu müəyyənləşdiriləcək;
- Onlar layihəyə vaxtında cəlb ediləcək;
- Layihə rəhbəri bu işi həm paytaxtda, həm də rayonlarda təşkil edəcək
- Hədəf qrupuna həm nəzəri, həm də praktiki biliklər öyrədiləcək.
- Tədris kursunun praktik hissəsinin keçilməsi üçün LBC klinikasının filiallarında, habelə Buzovna, Zabrat və Hövsan qəsəbələrində peşəkarlarla müqavilə bağlamaq və bu işi 2-ci mərhələdə də davam etdirmək
- Çox ehtiyaclı kurs iştirakçısına bəzi ləvazimat və avadanlıqların alınmasına dəstək
- Görüləcək işlər
Layihədə 3 fəaliyyət nəzərdə tutulub:
(10.10.2023 – 15.11.2023) Bu fəaliyyət dövrü ərzində Prezident Administrasiyasına, layihənin icrasına maraqlı olan dövlət qurumlarına məktublar göndəriləcək, baner sifariş veriləcək, sosial şəbəkələrdə layihə haqqında elanlar paylaşılacaq, hədəf qrupu nümayəndələri müəyyənləşdiriləcək. (bu proses 2-ci fəaliyyət dövründə davam etdiriləcək), işçi qrupunun nümayəndələri ilə müqavilə bağlanacaq, dəftərxana ləvazimatlaı alınacaq, tədris proqramları hazırlanacaq, təlimçilər müəyyənləşəcək, onlara təlim veriləcək və s.
Əldə olunan İnformasiyaların yayılması.
5. Layihənin iştirakçıları və faydalananlar
Layihə ehtiyaclı qadınlar üçün nəzərdə tutulmuşdur. Layihədən birbaşa faydalananlar bir neçə yüz nəfər, dolayısı ilə faydalananların sayı isə bir neçə min nəfər olacaq. Hədəf qrupu isə yalnız həssas qrupa aid olan qadınlardan ibarət olacaqdır.
Layihənin həyta keçirəcəyi ərazi və onun seçilmə səbəbi
Layihənin həm nəzəri, həm də praktik hissəsi Bakı şəhərində Yasamal rayonunda yerləşən Laser Beauty estetik Klinikasında, habelə Gəncə şəhərində və ətraf bölgələrdə əvvəlcədən razılaşdırılan gözəllik salonlarında keçiriləcəkdir. Bakıda kursa gələnlər üçün Praktiki hissə isə LBS-nin filiallarında: 28 may, Xalqlar dostluğu və Sumqayıt şəhər filialında keçiriləcəkdir. Dinləyicilərə hansı filial yaxındırsa orada qeydə alınacaq və təcrübəni orada keçirəcəklər. Eyni zamanda Buzovna, Hövsan və Zabrat qəsəbələrində olan dinləyicilər həmin ərazidə əvvəlcədən müəyyən etdiyimiz salonda təcrübə keçəcəklər. 1-ci mərhələdə həmin peşəkarlarla müqavilə bağlanacaq.
Gözlənilən nəticələr, onların qiymətləndirilməsi
Gözlənilən nəticə aşağıdakılardan ibarət olacaq:
- Layihədən faydalanan hədəf qrupu 0-dan peşə öyrənəcək;
- Uzun illər işləmək arzusunda olan, lakin peşə və ya ixtisası olmayanlar nəhayət buna nail olacaqlar.
- Bundan faydalanan və peşəsinə uyğun işləməyə başlayan hər bir xanım öz maddi rifahını yaxşılaşdıracaq.
- Cəmiyyətdə insanların peşə öyrənməyə marağı artacaq. Sağlam gözəlləşmənin vacibliyini anlayacaqlar.
Qiymətləndirmə meyarları:
– Məktublar;
– Foto şəkillər;
– Video-görntülər
- Protokollar, sorğular
- Filmlər, mətbuat üçün professional materiallar
- Maliyyənin əldə edilməsi və layihəni respublikanın rayon və kəndlərində davam etdirmək
- Layihənin icrası zamanı təşkilatlanma, idarəetmə və nəzarət
- Tərəfdaşların axtarışı və seçilməsi